Hyundai Elantra N sedanının TCR seriyasının avtomobillərinin üslubunda "yarış" versiyası peyda olub. Eyni mühərrik və transmissiya ilə o, həmişəkindən daha çox idman estetikası təklif edir. Salonda sıfır işarəsi olan sükan çarxını görmək olar, eksteryerdə isə, ahəngi, tənzimləmək imkanı olan karbonplastikdən antiqanad təmin edəcək.
Hyundai Elantra N TCR Edition sedanı adi Elantra N modelindən yalnız xarici görünüşünə görə fərqlənir. Kapotun altında 280 at qüvvəsi (pik gücü - 290 at qüvvəsi) və 392 Nm fırlanma anı hasil edən eyni 2.0 T-GDI mühərriki var. Transmissiya - altı pilləli mexaniki və ya 8DCT robotlaşdırılmış ötürmələr qutusudur. Elantra N standart olaraq yüksək sürtünməli differensial, elektron idarə olunan amortizatorlar və daha da emosional idarəetmə üçün müxtəlif üstqurumlarla ilə təchiz edilir.
Hyundai Elantra N TCR Edition sedanının əsas yeniliyi yuxarı asqılarda bərkidilən karbonlastikdən tənzimlənən antiqanadıdır. O, standart əyri spoyleri əvəz edib. Antiqanad 19 düymlük N TCR diskləri və dördporşenli supportları olan N Performance əyləcləri ilə birlikdə gəlir. Avtomobil üçün həmcinin "yarış" etiketlərini sifariş etmək olar - lakin hələlik belə şansa yalnız Cənubi Koreyadan olan alıcılar malikdirlər. Elantra N TCR Edition sedanı yerli diler salonlarında dekabrda peyda olmalıdır.
Digər dəyişikliklər interyer tərtibatına aiddirlər, lakin burada hər şey çox təvəzökardır. Alkantara ilə üzlənmiş sükan çarxında mavi Performance Blue rəngində sıfır işarəsi var. Eyni çalardan təhlükəsizlik kəmərləri üçün istifadə olunur. Vəssəlam. Elantra N TCR Edition modelində baş vermiş yenilikləri digər bazarlarda gələn il, xüsusi versiya qlobal bazarlarda satışa çıxacağı zaman, qiymətləndirmək mümkün olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.