«Motor1» internet saytı Hyundai Elantra modelinin «qaynar» variantı olan Sport modifikasiyası haqqında məlumat əldə etmişdir. Avtomobilin təqdimat kitabçasından çəkilmiş şəkillərdə avtomobilin dizaynı və texniki göstəriciləri əks etdirilmişdir. Cənubi Koreyada Hyundai Avante Sport kimi tanınan avtomobil gücü 204 at qüvvəsi olan 1,6-litrlik dörd silindirli turbomühərriklə hərəkətə gələcəkdir. Həmçinin, «qaynar» Elantra sedanı adi modeldən qırmızı elemetləri olan təkmilləşdirilmiş qabaq işıq texnikası və gündüz hərəkət işıqlarının üfüqi modulları ilə seçiləcəkdir.
Bundan başqa, Elantra Sport modifikasiyası geniş hava girişləri olan aqressiv dizaynlı qabaq bamper, daha qabarıq yan kandarlarla, diffuzoru təqlin edən və səsboğucu sistemin ikiqat biruları olan arxa bamper, həmçinin 18-düymlük təkər diskləri ilə təchiz edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Hyundai Avante Sport modeli 204 at qüvvəsi gücü və 265 Nm fırlanma anı olan 1,6-litrlik turbomühərriklə təchiz ediləcəkdir.
Güc aqreqatı altı pilləli mexaniki və ya yeddi diapazonlu ikimuftalı robotlaşdırılmış sürətlər qutusu ilə komplektləşdiriləcəkdir. «Qaynar» sedanın sürət göstəriciləri açıqlanmasa da, onun ilk «yüzlüyü» səkkiz saniyəyə toplayacağı ehtimal olunur. Hyundai Avante Sport modelinin Cənubi Koreyadakı satışlarına yaxın vaxtlarda başlanılmalıdır. Avtomobilin bizim bazardakı satışlarına gələn il başlanacağı güman olunur.