Hyundai şirkəti ölçülərinə görə üçqapılı Lada Niva Legend modeli ilə müqayisə ediləcək subkompakt krossoverin tizerlərini paylaşıb. Zavod daxili AX1 kod adı ilə işarələnən model, mükəmməl yuvarlaq formalı qeyri-adi ön fənərləri və çoxsaylı üçbucaqlardan naxışı olan arxa işıq texnikasını alacaqdır.
Yeni model haqqında məlumat azdır. Böyük ehtimalla, krossover Santro və Aura modellərinin əsasını təşkil edən K1 arxitekturasında inşa ediləcək, 1,1 və ya 1,2 litrlik benzin mühərriklərindən birinə sahib olacaqdır. AX1 modeli alternativsiz ön ötürmə ilə təklif ediləcəkdir.
Əvvəllər yayımlanan şəkillərdə yeni krossover yığcam Hyundai Venue modelinə bənzəsə də, yeni tizerlərdə AX1 modelinin qeyri-standart ikimərtəbəli ön fənərləri olan yaddaqalan dizaynı ilə fərqlənəcəyi görünür.
Eyni zamanda, yeni model Venue krossoverindən bir pillə aşağıda qərarlaşacaq və Hyundai model xəttində ən yığcam ölçülü krossover olacaqdır. İlkin məlumatlara görə, onun uzunluğu 3.7-3.8 metr təşkil edəcəkdir. Müqayisə üçün, Lada Niva Legend modelinin uzunluğu 3,7 metrdir.
Krossoverin istehsalı Hyundai Motor Company şirkətinin Cənubi Koreyanın Kvancu şəhərindəki zavodda təşkil ediləcəkdir. İldə 70.000 krossoverin buraxılması plamlaşdırılır. Qeyri-rəsmi məlumatlara görə, yeni modelin qiyməti 7 milyon vondan (10,5 min manat) başlayacaqdır.