Hyundai şirkəti 10 sentyabrda Frankfurtda keçiriləcək avtosalonda 45 EV adlı konsepti nümayiş etdirəcək. Elektrik konseptinin dizaynı koreya markasının keçən əsrin 70-ci illərində buraxdığı ilk modellərdən ilham alınaraq yaradılıb.

Cənubi Koreya istehsalçısı Hyundai 45 Ev modelini « elektromobillərin gələcək dizaynının rəmzi olduğunu» və firma Sensuous Sportiness («hissiyatlı idman») dizayn üslubunun inkişaf istiqamətini nümayiş etdirdiyini bildiriblər. Təsvirdən elektromobilin çöhrəsində retro-üslubun və müasir texnologiyaların vəhdətini, həmçinin «idmana» işarə edən spoyleri görmək olar.

Konseptin texniki hissəsi barədə məlumat verilməyib. Yeganə məlum olan onun tam elektrik güc aqreqatı ilə təchiz edildiyidir.