Yenilik Hyundai Intium adlanır. Hələlik o, konsept statusuna malikdir, “əmtəə” hidrogen avtomobilinin isə, 2025-ci ildə təqdim ediləcəyi bildirilib. Hidrogenmobilin seriya versiyası, konsept kimi, Hyundai nümayəndələrinin “Art of Steel” adlandırdığı yeni dizayn konsepsiyasına uyğun olaraq inşa ediləcək.

Hyundai yenilik ilə bağlı bəzi təfərrüatları açıqlayıb. Məsələn, şoukar öz adını latınca “başlanğıc” və ya “birinci” sözlərindən alıb, lakin onun seriya modelinə qismət olacağı sual altındadır. Həmçinin bildirilir ki, elektromühərrikin gücü 204 at qüvvəsi, yürüş məsafəsi isə, 650 kilometrə çatır.

Yürüş məsafəsi mühəndislərin diqqət yetirdiyi əsas aspektlərdən biri olub: məsələn, konsertdə yırğalanmaya qarşı aşağı müqavimətə malik olan xüsusi şinlər taxılmış fərdi dizaynlı 21 düymlük təkər diskləri quraşdırılıb.

Intium prototipinin inkişafının digər mühüm aspektlərinə təkmilləşdirilmiş istismar xarakteristikaları, geniş salon və baqaj bölməsi, eləcə də komfort və təhlükəsizliyin qabaqcıl funksiyaları daxildir. Onlar haqqında ətraflı məlumat premyera zamanı veriləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

KİV-lər Initium modelinin 2018-ci ildən mövcud olan Hyundai Nexo krossoverinin varisi adlandırırlar. Hyundai şirkətinin Nexo modelini əvəzləyəcək yeni nəsil yanacaq elementləri ilə işləyən avtomobilləri hazırlaması faktı hələ 2021-ci ildə məlum olub ki, seriya avtomobilinin 2023-cü ildə debüt etməsi gözlənilirdi, lakin, görünən odur ki, belə model yalnız 2025-ci ildə işıq üzü görəcək.

Intium konseptinə gəlincə, o, noyabrda işinə başlayacaq Los-Anceles avtosalonunda və Çinin Quançjou şəhərində keçiriləcək avtomobil sərgisində nümayiş etdiriləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.