Hyundai şirkəti Las Veqasda keçiriləcək SEMA tüninq şousunda göstərməyi planlaşdırdığı Veloster hetçbekini təqdim edib. Bisimoto VelosterRaptor N adlandılımış model amerikan Bisimoto Engineering atelyesi ilə birlikdə inşa edilibdir.
SEMA layihəsinin əsasını Performance dəstinə malik olan «qaynar» Hyundai Veloster N hetçbeki təşkil edir. Assimetrik hetçbek yeni turbokompressora, aralıq soyuducusuna, su-menatol qarışığı çilənməsi sisteminə, yüksək axınlı giriş və çıxışa malik olub. İnersiya üfürməsi yaxlaşdırılmış mühərrikin hasilatı 320 at qüvvəsi və 400 Nm təşkil edir. Hyundai nümayəndələrinin Honda Civic Type R modelinin «qənimini» adlandırdığı hetçbek 100 km/saat həddini 5,7 saniyəyə toplayır və 272 km/saatlıq maksimal sürət həddinə malikdir.
VelosterRaptor N Concept Tarox firmasının əyləc mexanizmləri, Fifteen 52 təkər diskləri, yeni spoyler, elektronika ilə idarələnən amortizatorları olan hündürlüyü azaldılmış Eibach asqısı, yüngülləşdirilmiş Momo oturacaqları və əlavə cihazlar dəsti ilə təchiz edilib.