Bu gün Hyundai şirkəti yeni i20 hetçbekinin interyerinin şəklini dərc edərək və Avropada satılacaq modelin mühərrik çeşidi barədə məlumatla bölüşüb. Modelin üçüncü nəsli rəqəmsal cihazlar panelinə, elektron yardımçılara, müasir mediasistemə, “yumşaq” hibrid güc qurğularına sahib olub. Hyundai i20 yalnız beşqapılı kuzovla təklif ediləcəkdir.
Üçüncü nəsil Hyundai i20 modelinin eksteryer dizaynı artıq heç kim üçün sirr deyil - dünən saytımızda yeni hetçbekin rəsmi şəkilləri dərc olunub. Salona gəldikdə isə, interyer daha müasir olub: yeni hetçbek, multimedia sisteminin 10,25-düymlük (üst versiyalar üçün) sensorlu ekranına sahib olub. Avtomobilin təchiz edildiyi virtual cihazlar paneli də eyni ölçülü ekrana malikdir. Modelin baza versiyaları multimedia sisteminin 8-düymlük displeyi ilə təklif ediləcəkdirlər. Opsiyalar arasında LED ətraf işıqlandırması, smartfonların simsiz doldurulması, həmçinin səkkiz dinamikli Bose səs sistemi vardır.
Üçüncü nəsil Hyundai i20 modelinin eksteryer dizaynı artıq heç kim üçün sirr deyil - dünən saytımızda yeni hetçbekin rəsmi şəkilləri dərc olunub. Salona gəldikdə isə, interyer daha müasir olub: yeni hetçbek multimedia sisteminin 10,25-düymlük (üst versiyalar üçün) sensorlu ekranına sahib olub. Avtomobilin təchiz edildiyi virtual cihazlar paneli də eyni ölçüyə malikdir. Modelin baza versiyaları multimedia sisteminin 8-düymlük displeyi ilə təklif ediləcəkdirlər. Opsiyalar arasında LED ətraf işıqlandırması, smartfonların simsiz doldurulması, həmçinin səkkiz dinamikli Bose səs sistemi vardır.
Yeni Hyundai i20 modeli sələfindən 5 millimetr uzun, 30 millimetr geniş və 24 millimetr alçaqdır. Avtomobilin təkər bazası da 10 millimetr artıb. Nəticədə, arxa sərnişinlər daha iri məkan ilə təmin ediliblər. Artımdan baqaj bölümü də nəsibini alıb: onun həcmi 25 litr artaraq 351 litrə çatıb.
Avropa bazarında satılacaq hetçbekin mühərrik çeşidinə 100 və ya 120 at qüvvəsi hasil edən 1,0-litrlik üçsilindrli benzin turbomühərrikləri daxil edilib. 120 at qüvvəli mühərrik 48-voltluq şəbəkədən qidalanan startyor-generatora malik olan “yumşaq” hibriddir. 100 at qüvvəli mühərriki də, opsional olaraq, startyor-generator ilə təchiz etmək mümkündür.
Hər iki turbomühərrik akselerator pedalının “buraxılması” halında mühərrik və transmissiya arasındakı əlaqəni kəsən 6-pilləli mexaniki iMT qutusu və ya iki muftalı 7-pilləli "robot" ilə təchiz edilə bilər. Digər bazarlarda i20 modeli standart olaraq 84 at qüvvəli 1,2-litrlik dördsilindrli atmosfer mühərriki və 5-pilləli mexaniki transmissiya ilə təklif ediləcəkdir.
Yeni Hyundai i20 hetçbeki çoxsaylı elektron yardımçılara da malik olacaqdır. Onların arasında zolağa və kor zonalara nəzarət funksiyası, toqquşmanın qarşısını alan sistem, adaptiv kruiz-kontrol, piyadaları aşkarlama sistemi və avtomatik uzaq işıqlar da vardır.
Üçüncü nəsil Hyunai i20 modelinin təqdimat mərasimi 3 mart tarixində Cenevrə avtosalonunda keçiriləcəkdir.