Hyundai şirkəti standart imkanları, lakin aqressiv görkəmi ilə seçilən avtomobillər aşıqləri üçün N Line xəttini hazırlayıb. Belə bir varianta yeni Hyundai i30 Fastback modeli də sahib olub.
Məlumdur ki, xüsusi versiyaları bir sıra avtomobil istehsalçıları təklif edir. Bunlara misal olaraq, Volkswagen şirkətinin R Line, Ford’un ST-Line, Kia şirkətinin GT Line, Skoda’nın Sportline və Seat markasının FR Line xəttlərini göstərmək olar. İndi bu sıraya Hyundai markası da qoşulub. Bütün bu adı çəkilən tərtibat xətlərinin ümumi bir cəhəti vardır – baza mühərrikləri ilə yanaşı parlaq idman görkəmi.
Mahiyyətcə N Line dəsti avtomobili visual “qaynar” Hyundai i30 Fastback N modelinin bənzərinə çevirən detallar yığınıdır. Bununla belə, bu detallar standart 1,4-litrlik turbomühərriki və “mülki” xarakteri ilə seçilən modeldə quradılıbdır. Aqressiv kuzov dəsti ilə yanaşı, Hyundai alıcılara Michelin Pilot Sport 4 təkərləri ilə təchiz edilmiş 18-düymlük təkər disklərini və daha yaxşı idarələnməni təmin edən yenidən tənzimlənmiş asqını təklif edir.
N Line modelini tündləşdirilmiş fənərləri, yeni radiator barmaqlığı, üçbucaqlı duman əleyhinə fənərləri və arxa bamperdəki diffuzorun üzərindəki qırmızı xətt sayəsində tanımaq olar. Salonda isə N loqotipləri olan idman oturacaqlarını və ötürmələr qutusunun dəstəyinin yeni başlığını görmək olar.