Hyundai şirkəti içərisində canlı insan olan Solaris (Accent) modelinin krəş-testlərini keçirib. Sınaqlar Mayaçkovodakı ADM Raceway avtodromunda baş tutub. Bu barədə xəbəri Motor.ru saytı yayıb.

Test zamanı avtomobilin sükanı arxasında rusiyalı kaskadyor Martin İvanov olub. İvanov Mətt Deymonun və Dəniel Kreyqin müvafiq olaraq Ceyms Born və Ceyms Bond haqqında filimlərində dublyoru olub. Hyundai Solaris modelinin dəmir-beton maneə ilə toqquşması anını saniyədə 1000 kadr çəkən kameralar qeydə alıb.

İvanov avtomobili 64 km/saat həddinə qədər sürətləndirərək, sürücü tərəfindən 40 faizlik örtmə ilə baryerə çırpıb. Bu sayaq krəş-test bundan öncə EuroNCAP təşkilatı tərəfindən də aparılıb. Zərbədən sonra sürücü zədə almadan avtomobili sərbəst şəkildə tərk edib.