Hyundai şirkətinin N Performance idman bölməsi keçirdiyi xüsusi tədbirdə iki yeni konsepti təqdim edib. Birinci konsept, yeni Ioniq 6 elektomobilinin “bərkgedən” versiyası, ikincisi isə N Vision 74 hidrogen yanacaq elementləri ilə çalışan retrospektiv şou avtomobilidir. Şirkət hər iki avtomobilin "kommersiya istehsalı üçün təsdiqlənmədiyini" xüsusi ilə vurğulayıb.

RN22e prototipi, Ioniq xəttinin bütün elektromobillərinin, o cümlədən Ioniq 6 modelinin əsaslandığı E-GMP arxitekturasında inşa edilib. RN22e prototipinin 77,4 kilovat-saatlıq batareya və 585 at qüvvəli (740 Nm)  ikimühərrikli güc qurğusu ilə təchiz edildiyi məlumdur.

Prototip 250 km/saat həddindən çox sürət yığmağa qadirdir. Elektromobil ilk dəfə hərəkəti səsləndirən N Sound + sistemini, habelə pillələrin dəyişdirilməsi və vibrasiyaları səsli imitasiya edən N e-shift funksiyasını sınaqdan keçirib.

N Vision 74 modelinə gəlincə isə, bu N Performance bölməsinin ilk hidrogen hibrididir. Şou avtomobili 2015-ci ildə N brendinin təqdimatı ilə birlikdə nümayiş etdirilmiş N 2025 Vision Gran Turismo konseptindən ilhamlanaraq yaradılıb, lakin zahiri cəhətdən Corcetto Cucaro tərəfindən dizayn edilmiş 1974-cü ilin Hyundai Pony kupesinə bənzədilib.

Orijinal Pony modeli heç vaxt seriyaya getməyib və bəzi məlumatlara görə, avtomobil əvvəlcə Italdesign atelyesinin müstəqil layihəsi kimi yaradılıb və Asso di Fiori adlandırılıb.

N Vision 74 piksel optikasına sahib olub. Prototip 680 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən və arxa oxda yerləşən iki elektrik mühərrikilə hərəkətə gəlir. Retrofuturistik idman avtomobilinin göyərtəsində 4,2 kiloqram hidrogen var ki, bu da 62,4 kilovat-saatlıq batareya ilə birlikdə 600 kilometrdən çox məsafə qət etməyə imkan verir.

Eyni zamanda, əlavə olunan məlumata əsasən, yanacaq hüceyrələri və batareya avtomobili ayrılıqda və ya birlikdə qidalandıra bilərlər. Bu baxımdan N Vision 74 Viritech Apricale hiperkarına bənzəyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

"RN22e və N Vision 74 məhsul xəttimizin inkişafında mühüm rol oynayır, - Hyundai şirkətinin İcraçı vitse-prezidenti Tomas Şemer bildirib. – Belə “mobil laboratoriyalar” şirkətimizin ən qabaqcıl texnologiyalarını nümayiş etdirir”. Hyundai mühəndisləri gələcək seriya avtomobillərini yaratmaq üçün hər iki prototipi sınaqdan keçirəcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.