The Korean Car Blog portalı Ioniq xəttinin ikinci elektrokarı olan 6 indeksli model barədə məlumatları əldə edib. Yeni elektrokar 2020-ci ilin Prophecy konseptinin seriya versiyası olacaq və ölçülərinə görə onu Sonata modeli ilə müqayisə etmək mümkündür. Bu isə, Hyundai Ioniq 6 modelinin D sinfinə aid olduğundan xəbər verir. İnsayderlər elektrokarın dolu batareya ilə 515-550 kilometr arasında məsafə qət edəcəyini və 308 at qüvvəli ikimühərrikli güc qurğusunu alacağını bildiriliblər.

Koreyalı jurnalistlər tərəfindən dərc edilmiş slyadda başqa xarakteristikalar da göstərilib. Məsələn, The Korean Car Blog nəşri elektrokarın Ioniq 5 modeli kimi 77,4 kilovat-saatlıq batareya ilə komplektləşdiriləcəyini iddia edir və onun ölçülərini göstərir: elektrokarın uzunluğu 4855 millimetr, eni – 1880 millimetr, hündürlüyü isə 1495 millimetr olacaqdır. Ioniq 6 modelinin oxları arasındakı məsafə 2950 millimetrə çatacaqdır. Beləliklə, seriya Ioniq 6 modeli Prophecy prototipindən iki santimetr uzun olacaqdır.

Bir müddət bundan əvvəl, Hyundai şirkətinin elektromobilin dizaynına bir sıra dəyişikliklər etmək qərarına gəldiyi məlum olub. Belə ki, elektrokarın “əmtəə” versiyası başqa bamperlərə, kameraların əvəzinə ənənəvi yan güzgülərə, daha iri qanadlara və artırılmış kuzov çıxışlarına malik olacaqdır. Bundan başqa, Prophecy konseptindən fərqli olaraq,Hyundai Ioniq 6 mərkəzi dayaqlara malikdir və onun arxa qapıları prototipdə olduğu kimi hərəkətin əksinə deyil, eyni istiqamətə açılırlar.

Hyundai Ioniq 6 modeli 2022-ci ilin ikinci rübündə debüt edə, onun Cənubi Koreyadakı satışlarına isə 2023-cü ildə başlana bilər.2024-cü ildə isə, 7 indeksli iri elektrik krossoverinin debütü gözlənilir. Hər iki model, Kia və Genesis elektrokarlarının da inşa ediləcəyi E-GMP axritekturasına əsaslanacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.