Hyundai şirkətinin Los Anceles avtosalonunda nümayiş etdirdiyi ən vacib yenilik iri ölçülü konseptual Seven krossoveridir. İki il bundan öncə nümayiş etdirilmiş Hyundai 45 konsepti seriya Ioniq 5 modelinə çevrildiyi kimi, Hyundai Seven konsepti də bir müddət sonra Hyundai Ioniq 7 krossoverinə çevriləcəkdir.

Seven konseptinin eksteryer dizaynı Staria miniveninin üslubundadır. Onun xüsusiyyətləri ön hissənin ikimərtəbəli arxitekturası, düzbucaqlı təkər tağları və demək olar ki, yastı kapotdur. Təkərlər hərəkət edən bölməyə malikdirlər ki, adi halda aerodinamik burulğanları azaltmaq üçün bölmələr bağlıdırlar, lakin əyləcləri soyutmaq gərək olduqda elektronika onları aça bilər. Konseptin ölçülərindən yalnız təkər bazasının ölçüsü açıqlanıb - 3,2 metr. Müqayisə üçün, Hyundai Palisade modelinin təkər bazasının uzunluğu 2,9 metrdir.

Sağ tərəfdə mərkəzi dayağı olmayan iki qapı var, solda isə yalnız bir sürücü qapısı mövcuddur. Belə assimetriya Premum Lounge salonunun quruluşu ilə bağlıdır: öndə iki iri kreslo, arxada isə böyük divan yerləşir. İnteryerin tərtibatında bambuk və kovrolindən istifadə olunub, salonda çoxsaylı rəflər və qutular, habelə içkilər üçün soyuducu da var.

Hyundai Seven modeli pilotsuz avtomobildir, odur ki, ön kresloları hərəkətin əksi istiqamətinə çevirmək olar. Beləliklə, tavanında iri ekran olan kayut-kampaniyanı təşkil etmək mümkündür. Sükan və pedallar olmasa da, əllə idarəetmə üçün sürücü kreslosunun sağ dirşəkaltısından çıxan coystik nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki hissə haqqında çox cüzi məlumat verilib. Hyundai Seven modelinin 800-voltluq elektrik sistemini və 350 kilovatlıq yükləməni dəstəkləyən E-GMP modul platformasında  inşa edildiyi məlumdur. Batareyanın 10 faizdən 80 faizini doldurmağa 20 dəqiqə gərəkdir. Gözlənilən yürüş məsafəsi 480 kilometrdir.

Hyundai Ioniq 7 modeli 2023-cü ildən əvvəl debüt etməyəcəkdir. Məlum məsələdir ki, modelin eksteryer ciddi dəyişməsə də, seriya modeli ənənəvi interyerə sahib olacaqdır.  2022-ci ildə carçısı Hyundai Prophecy konsepti olan  Hyundai Ioniq 6 sedanı debüt etməlidir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.