Bir müddət öncə, biz Hyundai şirkəti tərəfindən istehsalına başlanacaq yeni Iconiq eko-modelinin tizerlərdini dərc etmişdik. Bu günlərdə, yeni avtomobil reklam çarxının çəkilişi zamanı cəsusların obyektivinə tuş gəlmişdir. Cənubi Koreyadan olan istehsalçı yeni avtomobilin, dünyada ilk dəfə üç elektrikləşdirilmiş güc aqreqatları ilə buraxılacaq yeganə avtomobil, olduğunu xüsusi ilə vurğulayır. Hyundai Ioniq modeli litium-ion batareyalardan qidalanan tam elektrik çəkişli aqreqatla, məişət şəbəkəsindən doldurula bilən benzin-elektrik hibrid güc aqreqatı ilə təchiz olunacaqdır.
Bundan başqa, avtomobil, aparıcı oxlarla birbaşa əlaqəsi olmayan və elekrik stansiyası kimi fəaliyyət göstərəcək benzin mühərriki, ancaq elektrik mühərriki hesabına hərəkət edən variantda da təklif ediləcəkdir. Hyundai Ioniq’in koreyalıların özlərinin hazırladığı 1,6-litrlik mühərriklə təchiz olunacağı da istisna edilmir. Bu mühərrik 105 a.q. və 147 Nm f.a. malik olduğu bildirilir.
Hyundai Ioniq’in, KİA markasının gələcək hibrid krossoveri olan Niro üçün işlənib-hazırlanmış şassi üzərində yığılacağı bildirilir. Bu platformanın yaradılmasında əsas məqsəd, istehsal zamanı müxtəlif sxemli güc aqreqatlarından istifadənin asanlaşdırılmasıdır.
Hyundai Ioniq və KİA Niro’nun təqdimatının gələn ilki Cenevrə avtomobil sərgisində baş tutacağı bildirilir. Avtomobillərinin satışının 2016 ilin ikinci yarısından başlanacağı ehtimal olunur.