Bir müddət əvvəl Hyundai şirkəti yeni eko-modelin buraxılacağını bildirərək bir neçə tizer dərc etmişdir. Sonradan yeni avtomobil, reklam çarxının çəkilişləri zamanı cəsusların fotoobyektivlərinə tuş gəlmişdir. Bu günlərdə Cənubi Koreyadan olan istehsalçı yeni avtomobilin ilk rəsmi fotoşəkillərini dərc etmişdir. Hyundai nümayəndələri, dünyada ilk dəfə üç müxtəlif növ elektrikləşdirilmiş güc aqreqatları ilə buraxılacaq yeganə avtomobil, olduğunu xüsusi ilə vurğulayır.
Hyundai İoniq adı ilə buraxılacaq olan avtomobil, litium-ion batareyalardan qidalanan tam elektrik çəkişli aqreqatla, məişət şəbəkəsindən doldurula bilən benzin-elektrik hibrid güc aqreqatı ilə təchiz olunacaqdır.
Bundan başqa, avtomobil, aparıcı oxlarla birbaşa əlaqəsi olmayan və elekrik stansiyası kimi fəaliyyət göstərəcək benzin mühərriki, ancaq elektrik mühərriki hesabına hərəkət edən variantda da təklif ediləcəkdir. Hyundai Ioniq’in koreyalıların özlərinin hazırladığı 1,6-litrlik mühərriklə təchiz olunacağı da istisna edilmir. Bu mühərrik 105 a.q. və 147 Nm f.a. malik olduğu bildirilir.
Hyundai Ioniq’in, KİA markasının gələcək hibrid krossoveri olan Niro üçün işlənib-hazırlanmış şassi üzərində yığılacağı bildirilir. Bu platformanın yaradılmasında əsas məqsəd, istehsal zamanı müxtəlif sxemli güc aqreqatlarından istifadənin asanlaşdırılmasıdır.
Hyundai Ioniq və KİA Niro’nun təqdimatının gələn ilki Cenevrə avtomobil sərgisində baş tutacağı bildirilir. Avtomobillərinin satışının 2016 ilin ikinci yarısından başlanacağı ehtimal olunur.