Hyundai şirkəti Seulda keçirilmiş tədbir çərçivəsində hidrogenlə çalışan krossoverin seriyaöncəsi variantını təqdim edib. Next generation FCEV adlanan prototipin seriya variantı ix36 Fuel Cell modelini əvəzləyəcəkdir.

Avropada tətbiq edilən metodikaya əsasən avtomobilin yürüş ehtiyatı 800 kilometr təşkil edir. Rəsmi məlumata görə, Hyundai ix35 Fuel Cell modeli dolu çənlə 700 kilometr qət etmək iqtidarındadır. Yeni modelin güc aqreqatı 120 kilovat hasil edir ki, bu da 163 at qüvvəsi və 400 Nm fırlanma anı deməkdir. Hyundai Next Generation FCEV modelinin sələfinin mühərriki isə 136 at qüvvəsi təşkil edir. "CarAdvice" nəşrinin bildirdiyinə görə, krossover hidrogenin saxlanması üçün üç eyni həcmli çənlə təchiz edilir. Cari ix35 Fuel Cell modelində isə iki müxtəlif ölçülü çən mövcuddur.

Seriya avtomobili haqqında ətraflı məlumat gələn il Los-Angelesdə keçiriləcək məişət elektronikasının sərgisində (CES) veriləcəkdir.