Hyundai şirkəti Kona modelini təqdim edən zaman, tezliklə yığcam krossoverin elektrik modifikasiyasının da olacağını bildirmişdi. Bu günlərdə Gas2 nəşri yeni elektrik krossoveri haqqında məlumatları əldə edib.
Cənubi Koreya istehsalçısı Kona modelini müxtəlif tutumlu batareyalar ilə təklif etmək niyyətindədir. Söylənənlərə görə, Hyundai ən azından iki növ batareya təklif edəcəkdir: elektrokrossoverin baza variantı 40 kilovat-saatlıq, top-variantı isə, 64 kilovat-saatlıq batareya ilə təchiz olunacaqdır.
Sonuncu modifikasiya avropa qarışıq rejimində 500 kilometr və yaxud daha mürəkkəb amerikan rejimində 340-370 kilometr qət etməyə imkan verəcəkdir. Digər bir məlumata görə, Kona krossoveri LG nəhənginin məhsulu olan electron içalata malik olacaqdır. Bu krossoverdə 204 at qüvvəli elektrik mühərrikinin quraşdırılması deməkdir.
Hazırda Hyundai Kona yalnız Avropa bazarında təklif edilir. Satılacağı ölkədən asılı olaraq krossover dörd müxtəlif mühərriklə təklif edilir. Bunlardan birincisi 149 at qüvvəsi və 179 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərrikidir ki, bu mühərrik də altı pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Belə mühərriklə krossover 100 km/saat həddinə 10 saniyəyə sürətlənir və 194 km/saat maksimal sürətə malikdir.
Kona modelinin mühərrik çeşidinə 177 at qüvvəsi və 265 Nm fırlanma anı təklif edən 1,6-litrlik Gamma turbomühərriki də daxil edilmişdir. Güc aqreqatı yeddi pilləli iki muftalı “robotla” tandemdə çalışır. Turbomühərrikli Kona 100 km/saat həddinə 7,7 saniyəyə sürətlənir və 210 km/saat maksimal sürətə malikdir. Avropa bazarında Kona 120 at qüvvəsi və 172 Nm fırlanma anı olan 1,0-litrlik üç silindrli turbomühərriklə təklif edilir. Bu mühərrik krossoverə 100 km/saat həddini 12 saniyəyə toplamağa və 181 km/saata qədər sürətləndirməyə imkan yaradır.
Bundan əlavə, avtomobilin mühərrik çeşidinə xarakteristikaları açıqlanmamış 1,6-litrlik turbodizel də daxil ediləcəkdir.