Hyundai şirkəti cari ilin əvvəlindən etibarən "qaynar" Kona N krossoverinin tizerlərini dərc etməklə məşğuldur, lakin krossoverin təqdimat tarixindən hələ də xəbər yoxdur. Bu gün isə, istehsalçı növbəti tizerin əvəzinə bəzi detalları açıqlayıb. Gözlənildiyi kimi, Hyundai Kona N krossoveri Hyundai i30 N hetçbekindən tanış olan 280 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir.
Ən maraqlısı odur ki, “qaynar” hetçbekin arsenalında olan mexaniki transmissiya krossoverdə quraşdırılmayacaqdır. N indeksini daşıyan bütün Kona modelləri iki “yaş” muftası olan səkkiz pilləli N DCT "robotu" ilə təchiz ediləcəkdirlər.
Belə transmissiyadan artıq “qaynar” Hyundai i30 N və Veloster N hetçbeklərində istifadə olunur və konstruktiv olaraq bu “robot”, Kia Sorento və Hyundai Santa Fe dizel krossoverlərində quraşdırılan transmissiya ilə eynidir: fərq ötürmə nisbətləri və idarəetmə proqramındadır.
Kona N modelindəki "robot" üç iş rejiminə sahib olacaqdır: standart N Power Shift, trek N Track Sense Shift, eləcə də ekstremal N Grin Shift. Sonuncu rejim 20 saniyədən çox olmamaq şərtilə aktivləşir və ötürmələri zərbə ilə və maksimal yeyin şəkildə dəyişdirməyə imkan verir.
Rejimi təkrar aktivləşdirmək üçün 40 saniyəlik fasilə tələb olunur. Bundan başqa, dürüst mexaniki rejimi də təklif olunur ki, bu rejimdə "robot" maksimum dövriyyəyə çatdıqdan sonra da pilləni saxlayır, sürücü onu sükanaltı ləçəklərin və ya transmissiyanın dəstəyi vasitəsi ilə dəyişə bilər.
Bundan başqa, hərəkət elektronikasının beş rejimi də mövcuddur: Normal, Eco, Sport, N və tənzimlənən Custom. Ancaq Hyundai şirkətindən ötürmənin növü barədə heç bir məlumat verilməyib. Kona N modelinin ön ötürməli olacağı ehtimalı yüksəkdir, amma launch control funksiyası dəqiq təchizata daxil ediləcəkdir. Tezliklə daha ətraflı məlumat veriləcəyi gözlənilir.