Hyundai Motors konserni koronavirus epidemiyası ucbatından iş yerlərini itirən müştərilərinə altı ay ərzində kreditləri qaytarmağa kömək edəcəyini bildirib. Bu misraları oxuyub o qədər də sevinməyin - söhbət koreya markasının Amerika Birləşmiş Ştatlarındakı müştərilərindən gedir.

Şirkət nümayəndələrinin sözlərinə görə, zəmanətli maliyyə dəstəyi 14 mart - 30 aprel aralığında Hyundai Capital və Genesis Finance bölmələrinin xidmətlərindən istifadə edərək avtomobil almış və ya icarəyə götürmüş, lakin koronavirus ucbatından iş yerlərindən məhrum olmuş avtomobil sahiblərinə veriləcəkdir.

Genesis nümayəndələri də, 2019-cu model ilinin yeni Genisis G70 sedanını almış və ya onu 30 aprel 2020-ci ilədək maliyyələşdirən müştərilərə ödənişləri üç ay müddətinə təxirə salmaq imkanı verəcəkdir. Hyundai modeli ilə bənzər əməliyyat olduğu təqdirdə, istehsalçı Hyundai Capital vasitəsilə yeni müştərilər üçün altı aya qədər ödəmələrə zəmanət verir.

Üstəlik, Hyundai şirkətinin yeni Santa Fe, Tucson, Elantra, Elantra GT, Kona, Venue, Accent və ya Genesis G70 modellərini icarəyə götürən və ya maliyyələşdirən müştəriləri ödənişləri 90 gün müddətinə gecikdirə bilərlər.

Qeyd etmək lazımdır ki, Hyundai konserni ilk dəfə deyil ki, ümumdünya böhranından zərər çəkmiş müştərilərinə maliyyə yardımı təklif edir. 2008-ci ilin maliyyə böhranı zamanı, Cənubi Koreya istehsalçısı işini itirmiş müştərilərinə  avtomobillərini geri qaytarmağa icazə vermişdi.