Las Veqasda keçirilən İstehlak elektronikası sərgisində (CES 2022) Hyundai şirkəti hidrogenlə işləyən M.Vision POP EV və M.Vision 2GO konseptlərini nümayiş etdirib. Perspektivli avtomobillərin əsas cəhəti 90 dərəcə bucağa dönən təkərləridir. Yaradıcılarının fikrincə, innovasiyalı nəqliyyat vasitələri dar şəhər məkanlarında əvəzedilməz olacaqlar.

M.Vision POP EV və M.Vision 2GO konseptlərinin əsasını “elektron künc modulu” olan şassi təşkil edir. Bu şassidə komponentlər arasında mexaniki birləşmələr mövcud deyil. Platforma sükan idarəetməsi, əyləc sistemi, habelə asqı və 90 dərəcə dönən dörd təkər ilə təchiz olunub. Belə texnologiya nəqliyyat vasitəsini dar məkanlarda manevrləri həyata keçirməyə imkan verən əla mütəhərriklik ilə təmin edir.

Image alt Image alt Image alt Image alt

Hyundai mütəxəssisləri, 2023-cü ilə qədər, bu arxitekturanın əsasında dörd “elektron künc modulunu” özündə cəmləşdirən vahid “skeytbord şassisini” inşa etməyi planlaşdırırlar. Bu yolla mühəndislər perspektivli nəqliyyat vasitələrinin hər bir təkərini müstəqil etmək istəyirlər. Bundan əlavə, Hyundai şirkəti 2025-ci ildə belə nəqliyyat vasitələrini avtonom idarələnmə sistemi ilə təchiz etmək niyyətindədir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.