Blood Type Racing şirkəti SEMA tüninq sərgisində nümayiş etdirmək üçün hazırladığı Hyundai Elantra Sport modelini təqdim edib. Avtomobilin ən maraqlı xüsusiyyətlərindən biri onun sahib olduğu metanolun çilənməsi sistemidir.
1,6-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilən avtomobil yeni giriş və buraxılış sistemlərinə malik olub. Bununla belə, təkmilləşdirilmələrdən sonra əldə edilən güc xarakteristikaları barədə məlumat verilməyib.
Hyundai Elantra idman xarakterli köndələn dayanıqlılıq stabilizatoruna, aerodinamik kuzov dəstinə, vintşəkilli asqıya, 19-düymlük təkər disklərinə və işıqdiodlarından optikaya sahib olub. Avtomobilin salonunda karbondan hazırlanmış sükan çarxını və rombşəkilli tikişləri olan ayaqaltıları görmək olar.
Adi Hyundai Elantra Sport modeli 206 at qüvvəsi və 257 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbomühərrik ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki və ya yeddi diapazonlu “robotla” təchiz edilir. 100 km/saat həddinə Elanta Sport 8,0 saniyəyə sürətlənir.