Hyundai şirkəti yeni ucuz qiymətli Mistra sedanını təqdim edib. Sedanın ikinci nəsli sələfindən qeyri-adi dizaynı ilə fərqlənir: ilk dəfə olaraq Hyundai markasından olan minik avtomobillərində iki mərtəbəli ön işıq texnikasından istifadə edilib (bu günə qədər belə sxemdən yalnız krossoverlərdə istifadə olunub). Bundan əlavə, Mistra tamamilə yeni bir salona, variator və daha müasir turbomühərrikə sahib olub.
Hyundai Mistra texniki cəhətdən Elantra modelinə daha yaxın olub – modelin ikinci nəsli kiçik sedanın uzadılmış şasisinə əsaslanır. Mistra öndə McPherson dayaqlarına, arxada isə çoxqollu asqıya malikdir. Ölçülər baxımından yeni model hazırkı Sonata sedanından bir qədər geri qalır: Mistra modelinin uzunluğu 4780, eni – 1815, hündürlüyü isə 1460 millimetrə bərabərdir. Sedanın təkər bazasının ölçüsü 2770 millimetrdir.
Hyundai Mistra modelinin mühərrik çeşidinə 143 at qüvvəli 1,8-litrlik atmosfe mühərriki və yeni 170 at qüvvəli 1.5 T-GDI turbomühərriki daxil edilib. Standart olaraq Mistra modeli "avtomatı" əvəzləmiş variator ilə təchiz olunur, top versiyalar isə, əvvəlki kimi iki muftalı 7-pilləli “robot” ilə təklif edilir. Ötürmə - yalnız ön oxadır.
Hyundai Mistra modelinin tamamilə elektrik versiyası isə fərqli ön bamperinə sahibdir, radiator barmaqlığının yerinə isə bağlı panel quraşdırılır. Benzin mühərriki isə yerini 183 at qüvvəli elektrik mühərrikinə verib. 56,5 kilovat-saatlıq dartma batareyası 520 kilometrlik yürüyüşü təmin edir, lakin yürüş ehtiyatı köhnə NEDC dövrünə əsasən hesablanıb.
Yeni Mistra modelinin salonu müasir Hyundai standartlarına uyğunlaşdırılıb, lakin ön panelin arxitekturası daha çox hazırkı Elantra modelini xatırladır. 12,3 düymlük virtual cihazlar paneli və məlumat-əyləncə kompleksinin eyni ölçülü sensorlu ekranı vahid şüşənin altında birləşdirilib. Klimat-kontrolun bloku da sensorludur. Hərəkət rejimləri də düyməli panel vasitəsi ilə seçilir və cihazların simsiz doldurulması üçün geniş meydança da mövcuddur.
Əlavə ödəniş qarşılığında Mistra modelini dəri salon, elektriklə tənzimlənən ön oturacaqlar, panoramik dam, adaptiv kruiz-kontrol və səkkiz hava yastığı ilə təchiz etmək olar. Bununla birlikdə, baza sedanının təchizatı elə də zəngin olmayacaqdır, çünki modelin hədəf auditoriyası korporativ müştərilərdir.
Yeni Hyundai Mistra modelinin Çindəki satışlarına 2021-ci ilin əvvəllərində başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin yerli media nümayəndələri sedanın Sonata modelindən minimum 25 faiz ucuz olacağını ehtimal edirlər. Qiymətlərin başlanğıc nöqtəsi kimi 150 min yuan (38,8 min manat) məbləğini götürmək olar - əvvəlki nəsil Mistra modelini başlanğıc qiyməti məhz bu qədərdir. Hyundai Mistra modeli yalnız Çin bazarında satılacaqdır.