Hyundai şirkətinin mühəndisləri «Dəmir İnsanın kostyumu» adlandırdıqları ekzoskeletin prototipini işləyib-hazırlamışdırlar. Bu barədə xəbər Cənubi Koreya istehsalçısının bloqunda dərc edilmişdir. Ekzoskeleti geyinən insan əlavə gücə malik olur ki, bunun sayəsində də yüzlərlə kiloqram çəkiyə malik olan yükləri qardıraraq uzun məsafəyə nəql etmək imkanı əldə edır. Hyundai şirkətindən bildirmişdirlər ki, gələcəkdə belə kostyumları istehsal müəssisələrində, orduda, ən əsası da fiziki reabilitasita prosesində tətbiq etmək mümkün olacaqdır.
Yeni prototip H-Lex adlı daha yüngül prototipin inkişaf etdirilmiş variantıdır. Xatırladaq ki, ilk ekzoskelet keçən ilin yayında Hyundai tərəfindən təqdim edilmişdi. Hərəkəti yüngülləşdirən birinci prototip xüsusi olaraq yaşlı insanlar və əlillər üçün hazırlanmışdır.
Hal-hazırda ekzoskeletin müxtəlif modifikasiyaları üzərində bir çox şirkətlər işləyirlər. 2015-ci ildə Audi şirkəti yarımqatlamış ayaqlar ilə onurğaya ağırlıq vermədən işləməyə imkan verən karbondan hazırlanmış xüsusi qurğunu təqdim etmişdi.