Hyundai şirkəti iyulun 15-nə planlaşdırılan və “qaynar” modellərə həsr olunmuş N Day tədbirinə ictimai marağı artırmağa davam edir. Tədbir ərəfəsində Hyundai şirkəti N ailəsindən olan yeni idman avtomobilini təqdim edəcəyini bildirib.
Yeni “qaynar” N-modeli barədə, yalnız qalın örtüyün altında gizlədilmiş avtomobilin təsviredildiyi tizer sayəsində mühakimə yürütmək olar. İkinci təqdim ediləcək model isə, keçən ilin fevralında debüt edən orta ölçülü Ioniq 5 elektrik krossoverinin “qaynar” versiyası - Ioniq 5 N modeli ola bilər.
Hyundai şirkəti, sosial şəbəkələrdə dərc edilmiş ilk tizeri "Do you want the fun of driving in the age of electric vehicles?" (“Elektromobillər əsrində idarəetməkdən həzz almaq istəyirsinizmi?”) başlığı ilə müşayiət edib. Uzun ön hissəsi olan kuzova baxmayaraq, avtomobil elektrik güc qurğusu ilə təchiz edilə bilər. Hyundai şirkətinin elektrik hiperkarların istehsalçısı olan Rimac şirkəti ilə əməkdaşlıq etməsi də, elektrik dartmasının xeyrinə olan işarədir.
Hyundai elektromobilləri Ioniq sub-brendi altında istehsal edir. 2021-ci ilin qışında 45 konseptinin motivləri əsasında yaradılmış Ioniq 5 krossoveri təqdim olunub. 2022-ci il iyun ayının sonunda isə, Ioniq 6 modeli işıq üzü görüb – dördqapılı sedan və ya strimlaynerin Shooting Brake kuzovunu və yüksək məhsuldarlıqlı N-versiyasını ala biləcəyi də söylənilir. Ioniq 7 adı 2024-cü ildə debüt edəcək və markanın flaqmanı olacaq böyük krossoverə veriləcəkdir. Beləliklə, idman avtomobili növbəti seriya nömrəsini – “8” əldə edə bilər.
İkinci tizerdəki model hərəkətdə göstərilir və şəkil çox bulanıqdır. Bu, həmin idman kupesi ola bilər, lakin böyük ehtimalla, Hyundai Ioniq 5 N prototipinin təqdimat vaxtı artıq gəlib çatıb – casuslar artıq “qaynar” krossoverin sınaq prototiplərini ümumi istifadə yollarında yaxalamağa müvəffəq olublar. Bununla belə, “qaynar” krossoverin 2023-cü ildə debüt edəcəyi gözlənilirdi.
Çox güman ki, yeni modellərin əsasını Hyundai və Kia elektromobillərinin inşa olunduğu və yüksək məhsuldarlıqlı qurğuların istifadəsinə imkan verən E-GMP (Electric-Global Modular Platform) təşkil edəcəkdir. Qarşıdan gələn N Day tədbiri Hyundai N ailəsinin gələcəyinə aydınlıq gətirməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.