Hyundai şirkəti Santa Fe krossoverinin yeni nəslinin ilk təsvirini dərc edib. Tizerdə növbəti nəsil Hyundai Santa Fe modelinin yandan çəkilibdir. Yeni modelin təqdimatı mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.
Bununla belə, istehsalçı Santa Fe modelinin dördüncü nəsli barədə heç bir texniki məlumatı dərc etməyib. Şirkətdən yalnız, yeni avtomobilin ikinci cərgədə unudulan sərnişinlər barədə xəbərdarlıq edən sistem, həmçinin arxaya hərəkət zamanı köndələn istiqamətdə gələn avtomobilləri aşkar edən və avtomatik əylənmə funksiyasına malik olan sistem ilə təchiz ediləcəyi bildirilib. Yeni Santa Fe modelinin hansı platformada inşa ediləcəyi və onun təchiz ediləcəyi mühərrik çeşidi barədə məlumat verilməyib.