Cümə günü Hyundai şirkəti yeni bayraqdar krossoverinin adını açıqlayıbdır. Los-Anjelesin ən zəngin və dəbdəbəli rayonlarından biri olan Pacific Palisades şəfərinə Hyundai Palisade adlandırılmış model bu ayın sonunda keçiriləcək Los-Anjeles avtosalonunda debüt edəcəkdir.
Bu gün Rusiyanın Autoreview nəşri yeni krossoverin fotoşəklini dərc edib. Fotoşəkildən də göründüyü kimi, Palisade modeli Grandmaster konseptində nümayiş etdirilmiş kuzovun ümumi formasını qoruyub-saxlayıbdır. Bayraqdar krossoverin ön hissəsi yeni nəsil Hyundai Santa Fe modelini xatırlatsa da, bununla belə, Palisade sonuncu ilə heç bir ümumi detala malik deyildir.
Bu yolla koreya istehsalçısı Palisade modelini yeni Santa Fe krossoverindən uzaqlaşdırmaq niyyətindədir. Xatırladaq ki, əvvəllər markanın bayraqdar krossoveri rolunu Grand Santa Fe modeli ifa edirdi.