Hyundai şirkəti Yeni Zelandiyanın İntellektual mülkiyyət idarəsinə “Pavise” ticarət nişanının qeydə alınması ərizəsi ilə müraciət edib. Ən maraqlısı odur ki, Cənubi Koreya istehsalçısı bu adı qeydə almaq üçün ABŞ və Avropa ittifaqındakı qurumlara müraciət etməyib.
Ərizəyə əlavə edilmiş sənədlərə əsasən, “Pavise” adı avtomobil və elektrik nəqliyyat vasitələrinə aiddir. Sənədlər Yeni Zelandiyanın İntellektual mülkiyyət idarəsinə 3 aprel 2019-cu il tarixində təqdim edilib və hazırda müraciətə baxılmaqdadır. Qeyd edək ki, qədim zamanlarda oxatanlar və arbaletçilərin istifadə etdiyi iri qalxan belə adlanırdı. Onu yerə sancan döyüşçülər qalxanın arxasında gizlənərək silahlarını yenidən doldurulmuşlar.
Böyük ehtimalla, Hyundai Pavise markanın istehsalına yaşıl işıq yandırdığı krossover və hətta, pikap da ola bilər. Lakin, adın qeydə alınması onun mütləq istifadəsinə dəlalət etmir. Üstəlik, Pavise adı Hyundai markasının krossoverlərin adlandırılmasının ənənəvi sxeminə uyğun gəlmir - məlumdur ki, koreya şirkəti krossoverlər üçün coğrafi obyektlərin adlarında istifadə edir.