Hyundai şirkəti Santa Cruz pikapının istehsalının Alabama ştatındakı Montqomeri şəhərindəki zaovodda yerləşdiriləcəyini bildirib. Modelin istehsalına 2021-ci ildə başlanacaqdır. Bunun üçün amerikan müəsissəsinin modernləşdirilməsinə 410 milyon dollar sərmayə qoyulacaqdır. Müəssisənin əməkdaşlarının sayı isə 200 nəfər artırılacaqdır.
Hyundai şirkəti ilk dəfə pikapı konsept şəklində 2015-ci ilin yanvar ayında Detroyt avtosalonunda nümayiş etdirib. O zaman, Hyundai şirkətinin ABŞ bölməsinin məhsul planlaşdırılması üzrə direktoru Mark Dipko pikapı ümumi qəbul edilmiş kriteriyalara (yedəyə alınan qoşqunun çəkisi, yükgötürmə və keçiş qabiliyyəti) görə layihələndirilmədiyini bildirmişdi.
Dipko Hyundai mühəndislərinin pikapı adi krossoverin xarakteristikaları ilə təmin edəcəyini də bildirib. Çox güman ki, Santa Cruz modelinin əsasını növbəti nəsil Tucson modelinin platforması təşkil edəcəkdir. Pikapın 2,5-litrlik mühərrik və 8-pilləli “avtomat” ilə təklif ediləcəyi gözlənilir.