Hyundai Santa Cruz pikapının platformasını yeni 2022-ci ilin Tucson və ya yenilənmiş Santa Fe modeli ilə paylaşacağı hələlik məlum deyil. Casus şəkillərindən və Hyundai şirkətindən verilən məlumatlara görə, böyük ehtimalla, Hyundai markasının ilk pikapı Tucson modelinə əsaslanacaqdır.

Buna baxmayaraq. Blanche.net saytındakı KDesign AG istifadəçisi pikapın yeni Santa Fe modelinin dizayn üslubunda görünüşə malik olan qeyri-rəsmi şəkillərini dərc edib.

Casus fotoşəkilləri, pikapın bölünmüş ön fənərlərə sahib olacağını göstərir. Şəkillərdəki avtomobil məhaz belə işıq texnikasına  malikdir. Şəkildəki pikap həmçinin iri radiator barmaqlığına birləşən düzbucaqlı fənərlərin üstündə yerləşən nazik formalı gündüz hərəkət işıqlarına malikdir.

Xrom haşiyəli üçbucaqlı hava girişi 2021-ci model ilinin Santa Fe krossoverində olduğu ön bamperin alt hissəsində yerləşir.  Arxa hissədə də bolluca xrom haşiyələri və Santa Fe stilində dizayna malik olan arxa fənərləri görmək olar.

Hyundai şirkəti ilk dəfə pikapı konsept şəklində 2015-ci ilin yanvar ayında Detroyt avtosalonunda nümayiş etdirib.