Hyundai şirkətinin nümayədələri Santa Cruz konseptinin seriya modelinin buraxılmasına qərar verildiyini, lakin bu qərarı açıqlanması üçün daha doğru zamanı gözlədiklərini bildirmişlər. Xatırladaq ki, keçəl ilki Detroyt avtomobil salonunda Cənubi Koreya şirkəti Santa Cruz Crossover Truck Concept adlı pikapın səs-küylü təqdimat mərasimini keçirmişdir.
Bu həftə, Detroyt avtomobil sıərgisində Avstraliya kütləvi informasiya vasitələri qarşısında çıxış edən Hyundai Motor America’nın presidenti Deyv Zuçovski, konseptin seriya variantının istehsalına «yaşıl işıq» yandırıldığını, lakin bunu açıqlamaq üçün uyğun zamanın gözlədiklərini bildirmişdir. Əgər deyilənlər doğrudursa, pikapın nəinki Amerika Birləşmiş Ştatlarında, hətta digər bazarlarda da satışa çıxarılacağı ehtimal edilir.
Çox güman ki, yeni avtomobil Hyundai Tucson modeli üçün istifadə edilən platformada yığılacaqdır. Bununla yanaşı, avtomobil Tucson modeli üçün təklif edilən duzel və benzin mühərrikləri ilə də təchiz ediləcəkdir. Hyundai Sata Cruz seriya modelinin dizaynına gəldikdə isə, onun konseptdəki kimi cəlbedici olmasını gözləməyin. Çox güman ki, Hyundai şirkətinin dizaynerləri seriya modelinin dizaynını konseptə daha yaxın olmasına çalışacaqlar.