Hyundai Motor Company şirkətinin Britaniya bölməsi yenilənmiş Hyundai Santa Fe krossoverinin Team Wiggins Edition adlı xüsusi variantının satışlarına başlamışdır. Populyar krossoverin xüsusi seriyası əfsanəvi britaniyalı veloyarışçısı ser Bredli Uigginsə və onun komandasına həsr edilmişdir. Bu komanda bu il keçiriləcək Tur de Frans yarışlarında iştirak edəcəkdir.

Hyundai Santa Fe Team Wiggins Edition 500 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır. Xüsusi seriyadan olan avtomobillərin təchizatına 19-düymlük yüngül lehimli təkər diskləri, elektriklə idarəedilən panoram lyuk, adaptiv ön fənərlər,  xüsusi süriyanın adı yazılmış unikal ayaqaltılar, park etməyə yardım sistemi, havalandırmalı ön oturacaqlar, baqaj qapağının elektrik ötürməsi və digər maraqlı opsiyalar daxil edilmişdir.

Hyundai Santa Fe Team Wiggins Edition  avtomobilləri beş eksklyuziv rəng seçiminə malikdirlər. Bunlar  standart Creamy White, mirvari White Crystal və Phantom Black, matellik Titanium Silver və Ocean View Blue çalarlarıdır.  Məhdud seriyadan olan avtomobillər yeddi yerlik salonla və 202 at qüvvəsi gücü olan 2,2-litrlik dizel mühərriki ilə təchiz ediləcəkdirlər.  Xüsusi seriyadan olan avtomobillərin qiyməti 35995 funt-sterlinqdən başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt