Hyundai şürkəti Vaccar tüninq atelyesinin mütəxəssisləri ilə birlikdə Tucson krossoverinin Sport adını almış konseptual variantını hazırlayıb. Yeni konsept bu ayın sonlarında keçiriləcək SEMA tüninq sərgisində nümayiş etdiriləcəkdir.
Konsept adi krossoverdən 20-düymlük təkər diskləri, yaylı asqısı, gücləndirilmiş əyləc mexanizmləri və kuzovun ikirəngli tərtibatı ilə seçiləcəkdir. Bundan başqa, avtomobil yeni ön bamperə, torşəkilli radiator barmaqlığına, yan ətəklərə və arxa diffuzora sahib olacaqdır. Tucson Sport konseptinin salonu mavi tikişləri olan açıq boz dəri ilə üzlənəcək, ön paneldə əlavə cihazlar bloku quraşdırılacaqdır. Krossover 12-düymlük sabvuferə, ön oturacağın başlıqlarında displeyləri olan yeni multimedia sisteminə də sahib olacaqdır. Hyundai krossover bir neçə texniki təkmilləşdirmələri də əldə edib. Bunlara misal olaraq təkmilləşdirilmiş Boostec turbokompressorunu, yeni AEM giriş sistemini, Magnaflow səsboğucu sistemini və Mishimoto interkulerini göstərə bilərik. Təkmilləşdirməyə məruz qalmış mühərrikin güc xarakteristikaları açıqlanmayıb.