Hyundai şirkəti gələcək “bərkgedən” modellər üçün dirsəkli valını dəqiqədə 7000 dövrəyə qədər sürətləndirmək imkanı olan yeni benzin turbomühərrikini hazırlayır.
Hyundai şirkətinin N idman bölməsi, markanın gələcək “bərkgedən” modelləri üçün nəzərdə tutulmuş yeni turbomühərrikin üzərində işləyir. The Korean Blog nəşrinin bildirdiyinə görə, mühərrikin iş həcmi 2,3 litrə bərabər olacaq və 7000 dövr/dəqiqəyə qədər fsürətlənə biləcəkdir - avtomobilin taxometrindəki qırmızı zona məhz bu göstəricidən başlayacaqdır. Perspektivli mühərrik Hyundai ralli avtomobillərində uğurla sınaqdan keçirilmiş bir sıra texnologiyaları - daha möhkəm başlığı və silindr blokunu, həmçinin təkmilləşdirilmiş başlıq contalarını əldə edəcəkdir. Bu, dövrlərin son həddinin artırılması halında belə mühərriki daha dözümlü etməlidir.
Əlbəttə ki, 7000 dövr/dəqiqə ralli avtomobilindən olduğundan 1500 dövr/dəqiqə azdır, lakin kütləvi istehsal olunan avtomobil üçün bu göstərici kifayət qədər layiqlidir. Gələcək turbomühərrikinin gücü hələlik bilinmir.
Bir müddət bundan əvvəl, Hyundai N bölməsinin özünün hazırlayacağı “bərkgedən” modelə sahib olacağı məlum olub - bu barədə şirkətin yüksək məhsuldarlıqlı avtomobillər və avtoidmanı bölməsinin icraçı vitse-prezidenti Tomas Şemer bildirib. İlkin məlumata görə, idman avtomobili orta mühərrikli, arxa ötürməli və iki yerli olacaqdır.