Hyundai Motor Company şirkətinin Cənubi Amerika Respublikasındakı bölməsi Tucson modelinin idman variantını təqdim etmişdir. Ehtimallara görə, Hyundai Tucson Sport adlandırılacaq model yerli bazar üçün eksklyuziv məhsul olacaqdır.
Tucson Sport modifikasiyası adi krossoverdən yeni aerodinamik kuzov dəsti, 19-düymlük eksklyuziv təkər diskləri və təkmilləşdirilmiş arxa hissə ilə seçilir.
Burada xüsusi diffuzoru və buraxılış sisteminin iki ədəd cütlənmiş borusunu görmək olar. Bundan başqa, eksklyuziv krossover gümüşü rəngli relinqlərə sahib olmuşdur.
Avtomobilin salonunun tərtibatında dəyişikliyin olması barədə yoxdur - istehsalçı avtomobilin interyerinin fotoşəkili dərc etməmişdir. Lakin, yerli mətbuatın yazdığına görə, Hyundai Tucson Sport modelinin interyerində dəyişiklik olmamışdır.