Hyundai şirkəti Çikaqoda keçirilən avtosalonda yenilənmiş Sonata modelinin iki hibrid variantını təqdim edib. Onlardan biri məişət elektrik şəbəkəsindən qidalanır.
Yenilənmədən sonra, sedan yeni formalı radiator barmaqlığına, yenilənmiş işıqdiodlarından optikaya, bortkompyüterin dəyişdirilmiş ekranına və yeni sükan çarxına sahib olub. Hidrid Hyundai Sonata modelləri üçün 16 və 17 düymlük yeni təkər diskləri də hazırlanmışdır. Bu disklərin forması avtomobilin aerodinamikasını yaxşılaşdırmağa xidmət edir.
Hibridlər, eyni zamanda, daha sərt köndələn dayanıqlılıq stabilizatorlarına, yenidən tənzimlənmiş sükan idarəetməsinə və arxa asqının daha möhkəm arxa qollarına sahib olublar. Bununla bərabər, hibrid sedanların avadanlıq siyahısı da genişləndirilib. Bu siyahıya təcili əylənmə sistemi və hərəkət cərgəsinə nəzarət funksiyası əlavə edilib.
Modellər sürücünü real vaxt rejimində mövcud olan tıxaclar barədə xəbərdar edən təkmilləşdirilmiş multimedia sisteminə də sahib olubdurlar. Hibrid Hyundai Sonata sedanı 2,0-litrlik benzin mühərriki, elektrik mühərrikinin qutusu ilə birləşdirilmiş altı pilləli avtomatik transmissiya və 1,76 kilovat-saatlıq batareyalar ilə təchiz edilir.
Hibrid aqreqatın ümumi gücü 195 at qüvvəsi təşkil edir. Məişət elektrik şəbəkəsindən qidalanan modelin gücü isə 204 at qüvvəsi təşkil edir. Bu modifikasiyaya daha güclü elektrik mühərriki və 9,8 kilovat-saatlıq batareya quraşdırılır.
Elektrik ötürməsi ilə Sonata 43 kilometr qət edir.