Hyundai Iomiq 5 modeli bir bundan əvvəl debüt edib. Buna baxmayaraq, Hyundai şirkəti elektromobili modernləşdirdiyini bəyan edib. Dəyişiklikləri bir əlin barmaqları ilə saymaq olar, lakin ən vacib dəyişiklik Long Range versiyasında baş verib. Belə ki, elektromobilin təchiz edildiyi batareyanın həcmi 72,6-dan 77,4 kilovat-saata qədər artırılıb. Dolu batareya ilə pasport üzrə yürüş məsafəsi açıqlanmasa da, ən uzunmənzilli arxaötürməli versiyanınn yürüş ehtiyatı 485-dən 500 kilometrə (WLTP) qədər artmalıdır. Çeşiddə 58 kilovatlıq batareyası olan baza versiyası da saxlanılıb.

Hyundai Ioniq 5 modeli batareyanın yaxşılaşdırılmış aktiv istilik tənzimlənməsi sistemini də əldə edib. İndi elektronika soyutma sisteminin mayesinin effektivliyini qabaqcadan dəyişə bilər. Məsələn, terminala qoşulmazdan əvvəl, əgər yükləmə terminalına marşrutu naviqasiya sistemi təyin edərsə. Opsiyalar arasında adaptiv amortizatorlar və bamperlərdəki qara işləmələr də var. Lakin belə görünüşə malik olan elektrokarın şəkilləri dərc edilməyib.

Nəyahət, Ioniq 5 modelini ənənəvi güzgüləri əvəzləyən kameralar islə də sifariş etmək mümkündür. Yan kameralar və qapılardakı ekranlar əvvəl də Ioniq 5 modelində mövcud olublar, lakin yalnız Cənubi Koreyada təklif ediliblər. İndi isə onları başqa bazarlarda da sifariş etmək olar. Beşinci qapının günlüyünün altında yerləşən kameradan alının görüntülər salon güzgüsünün əvəzinə mərkəzi ekrana yönəldilir.

Yeni opsiyalara malik olan modernləşdirilmiş Hyundai Ioniq 5 elektromobilləri bu ilin ikinci yarısında satışa çıxmalıdırlar. İndi isə, elektrokarın Avropadakı satış qiyməti 41.900 avrodan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.