Hyundai şirkəti yeni nəsil Kona elektrik krossoverini təqdim edib. Gözlənilənlərin əksinə olaraq, yeni model tam ötürməni və ikimühərrikli güc qurğusunu almayıb. Buna baxmayaraq, olduqca geniş miqyaslı modernləşdirmə aparılıb. Kona Electric Avropa bazarı üçün spesifikasiyada debüt edib: yeni model sələfindən daha güclü və uzunmənzillidir.

Krossover iki güc variantında təklif edilən elektrik mühərriki ilə təchiz edilir və onun maksimal yürüş məsafəsi əvvəlki 305 və 484 kilometrə qarşı 392 və ya 490 kilometrdir.

Avropada Hyundai Kona Electric krossoverinin baza versiyası 156 at qüvvəli (+ 20 at qüvvəsi) elektrik mühərriki və 48,4 kilovat-saatlıq batareya ilə təklif olunacaqdır. Belə krossover enerji doldurmadan 392 kilometr (+87 kilometr) qət edir.

Daha güclü Kona Long Range 218 at qüvvəli elektrik mühərriki və 65,4 kilovat-saatlıq batareya ilə təchiz edilir. Onun yürüş ehtiyatı 6 kilometr artaraq 490 kilometrə çatıb.

Hyundai yeni nəslin üzərində işləyərkən, ikinci cərgədə kifayət qədər məkanın olmaması və baqajın balaca olmasından şikayət edən müştərilərin istəklərini nəzərə aldığını bildirib. Nəticədə, təkər bazası da daxil olmaqla Kona modelinin ölçüləri böyüyüb və bunun nəticəsində də salon və baqaj bölməsi daha geniş olub.

Digər aspektlər də təkmilləşdirilmişdir. Məsələn, kuzov daha aerodinamik olub – aerodinamik müqavimət əmsalı 0,27-dir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cərəyan yükləmə yuvasının yerləşdiyi lyuk qapağı isitmə funksiyası ilə təchiz edilib ki, o hətta  mənfi 30 dərəcədə belə donmur. Eyni zamanda "bir pedallı" idarəetmə rejimi və xarici cihazları birləşdirmək üçün elektrik çıxışı da peyda olub.

Batareyanın doldurulmasına gəldikdə isə, 41 dəqiqəyə  onun 10 faizdən 80 faizə qədər doldurmaq olar. Elektrik krossoverinin qiymətləri və dinamik xüsusiyyətləri daha sonra açıqlanacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.