Artıq xəbər verdiyimiz kimi, iyun ayının 13-ü tarixində Cənubi Koreyada Hyundai Kona yığcam krossoverinin təqdimat mərasimi keçirilməlidir. Təqdimat tarixi yaxınlaşdıqca Hyundai şirkətinin mətbuat xidmətinin fəallığı da artmağa başlamışdır.
Bu gün Cənubi Korayadan olan avtomobil istehsalçısı Kona modelinin növbəti iki tizerini dərc etmişdir. Əslində yeni modelin eksteryerinin dizaynı artıq bizim üçün sirr deyildir. Yeni krossover reklam çəkilişləri zamanı cəsuslar tərəfindən lenta alınaraq geniş şəkildə yayınlanmışdır.
Xatırladaq ki, Cənubi Koreya istehsalçısı hazırladığı yeni krossoveri Havay adalarında olan Kona şəhərciyinin şərəfinə adlandırmışdır. Yeni krossoverin i20 modelinin bazasında hazırlanacağı və onunla mühərrik qammasını bölüşəcəyi də istisna edilmir. Böyük ehtimalla, Hyundai şirkəti krossoveri sentyabrda işinə başlayacaq Frankfurt avtosalonunda təqdim edəcəkdir.
Bunun başlıca səbəbi avropalıların yığcam avtomobillərə olan marağıdır. Kona krossoverinin Koreya istehsalçısının qlobal modellərindən birinə çevriləcəyi faktı da bizdə şübhə doğurmur.