Hyundai şirkəti yeni Stargazer miniveninin ilk görüntülərini nümayiş etdirib. Model İndoneziya üçün xüsusi olaraq hazırlanıb və bir sıra xarakterik detallar əldə edib. Məsələn, ön tərəfdəki LED zolaq ölkə ərazisindən keçən ekvatoru simvolizə edir – xatırladaq ki, belə bir “qara kəmər” İndoneziyanın dövlət gerbində də mövcuddur.
H formalı fənərlər uzaqdan qarşısımızda Hyundai avtomobilinin durduğunu, həmçinin İndoneziyanın şərq və qərb hissələri arasındakı əlaqəni göstərir. Bununla belə, Sleek One Box dizayn konsepsiyası hər zaman yalnız bir əsas xəttdən istifadə edir və avtomobilin ölçüsünü vizual olaraq artırır.
Ehtimallara görə, Stargazer miniveni Kia Carens krossveninin platformasında inşa ediləcəkdir. Onun mühərrik çeşidinə 1,5-litrlik (115 at qüvvəsi, 144 Nm) atmosfer benzin mühərriki və eyni həcmli dizel mühərriki (115 at qüvvəsi, 250 Nm) daxil olacaqdır. Bununla belə, Carens modeli həm də 140 at qüvvəsi və 242 Nm fırlanma anı hasil edən 1,4-litrlik “turbodördlük” ilə təklif olunur.
Transmissiyanın altı pilləli mexaniki ötürmələr qutusu, altı pilləli “avtomat” və ya yeddi pilləli DCT “robotunun” olacağı gözlənilir, lakin o, yalnız turbomühərriklə birləşdirilir. Stargazer miniveninin uzunluğu təxminən 4,5 metr olaacaqdır. Xatırladaq ki, Staria miniveninin uzunluğu 5,25 metrdir.
Hyundai Stargazer miniveni üç oturacaq cərgəsi olan salonu və adi qapıları alacaqdır. Minivenlər Cikaranq sənaye zonasında yerli Hyundai Motor Manufacturing Indonesia zavodunda yığılacaqlar. Burada artıq Creta, Santa Fe və Palisade krossoverlərinin, həmçinin Ioniq 5 elektromobillərinin istehsalı təşkil edilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.