Hyundai şirkəti Las-Veqasda fəaliyyətinə başlamış istehlak elektronikasının Consumer Elelctronic Show (CES) sərgisində Nexo FCV krossoverini təqdim edib.
Hyundai Nexo FCV modeli koreya istehsalçısının model xəttində ix35 Fuel Cell modelini əvəzləyəcək və şirkətin 2025-ci ilə kimi istehsal etməyi planlaşdırdığı 18 ekoloji təmiz avtomobillərdən biri olacaqdır. Yeni model bu ilin sonunda satışa çıxarılacaqdır. Cənubi Koreya şirkətindən Nexo modeli sürücüyə yardım sahəsində ən müasir texnologiyalarla təchiz edildiyi bildirilir. Bunların sıraslnda avtomobilin üzərində quraşdırılmış kameralar hesabına çalışan dairəvi görüntü sistemi daxildir ki, bu kameralardan alınan görüntülər multimedia sisteminin displeyinə ötürülür.
Bu sistem ötmələr zamanı sürücüyə kor zonalarda baş verənlərə nəzarət etmək imkanı verir.
Bundan başqa hidrogen krossoveri zolaqda saxlama funksiyası, adaptiv kruiz-kontrol və avtomatik dayanacağa qoyma sistemi ilə təchiz edəcəkdirlər. Hyundai Nexo Fuel Cell modeli 163 at qüvvəsi və 394 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu ilə hərəkətə gələcəkdir.
Güc aqreqatı üç hidrogen çənindən ibarət olan yanacaq elementləri blokundan və 40 kilovatlıq batareyalardan qidalanır. Krossoverin 370 mil (590 kilometr) yürüş məsafəsinə malik olduğu bildirilir. Yerindən 60 mil/saat (96 km/saat) həddinə krossover 9,5 saniyəyə sürətlənir.