«Paultan» saytının verdiyi xəbərə görə, Hyundai şirkəti, «dayanacaqda minimum məkan tutmaq üçün yığıla bilən, sonradan isə adi avtomobilə çevrilən» yeni yığcam şəhər avtomobilinin patent sənədlərini ABŞ federal patentlər bürosunda qeydiyyata alıb. Patent ərizəsinə əsasən, Cənubi Koreya istehsalçısı biri ön təkərlə, digəri isə arxa təkərlə bağlı olan iki bir-birindən aslı olmayan döşəmədən istifadə etməyi təklif edir. Ön döşəmə arxadakına qarşı hərəkət edərək avtomobilin bazasını qısaldır.
Bunula bərabər avtomobilin damı da qısalır: avtomobilin yuxarı hissəsi onun içinə yığılaraq dəbərən arxa hissə ilə örtülür. Bu mexanizm də Hyundai tərəfindən patentləşdirilmişdir. Bununla bərabər, avtomobilin prototipinin hazırlanacağı və ya onun seriyaya gedəcəyinə dair heç bi məlumat yoxdur.
Qeyd etməliyik ki, bu ideya yeni deyil. İsveçrədən olan məşhur Rinspeed şirkəti 2009-cu ildə Cenevrə avtomobil sərgisində Presto adlı yığıla bilən avtomobili nümayiş etdirmişdir. Hyundai şirkətinin nəzərdə tutduğu avtomobildən fərqli olaraq, bu avtomobil açıq kuzov ilə təklif edilirdi.
Cənubi Koreya şirkətinin konsepsiyasına daha yaxın olan isə, İspaniyanın Hiriko Citycar layihəsi üzrə yaradılmış EV modeli və Peugeot mühəndislərinin hazırladıqlarıı Plux avtomobilidir.