Hyundai şirkətinin Sonata sedanının 2,5-litrlik turbomühərrik ilə təchiz edilmiş “qaynar” versiyasının təqdimatına hazırlaşır. Bunu şirkət daxilindəki mənbələrinə istinadən CNET nəşri bildirib. Hyundai Sonata N-Line modelinin 2020-ci ilin əvvəlində debüt edəcəyi gözlənilir. İki il ərzində Hyundai şirkəti N-Line xəttindən olan doqquz yeni avtomobili buraxmağı planlaşdırır.

Sonata N-Line modelinin bu xətt üçün nəzərdə tutulmuş ənənəvi aksessuarlarla təchiz ediləcəyi gözlənilir. Aksessuarların arasında  kiçikprofilli şinlərlə təchiz edilmiş və orijinal dizayna malik olan iri ölçülü təkər diskləri, qırmızı rəngli əyləc supportlar, aqressiv bamperlər, xüsusi buraxılış sistemi, N-Line emblemləri və interyerin xüsusi tərtibatı vardır. Çox güman ki, “qaynar” versiya yenidən tənzimlənmiş sükan mexanizmi və azaldılmış klirenslə seçiləcəkdir.

 “Qaynar” sedanın təchiz ediləcəyi 2,5-litrlik turbomühərrikin 280 at qüvvəsinə malik olacağı gözlənilir. Transmissiya haqqında məlumat yoxdur – böyük ehtimalla, turbomühərrik 8-pilləli “avtomat” və ya iki muftalı “robot” ilə təchiz ediləcəkdir.

Bundan başqa, CNET nəşrinin Hyundai şirkətindəki mənbəyi koreya markasının N xəttindən olan üç “təmizqanlı” idman avtomobilini hazırladığını da bildirib. Bu modellər sedan, hetçbek və krossover olacaqdırlar. Bununla belə, bu modellərin nə zaman debüt edəcəyi barədə məlumat verilməyib.