Hyundai şirkəti Seulda keçirilmiş xüsusi tədbirdə yenilənmiş Sonata modelini təqdim etmişdir. Populyat sedan daha aqressiv və idman görkəmizə sahib olmuş, yaxşılaşdırılmış interyerə və yeni təhlükəsizlik sistemlərinə sahib olmuşdur.
Yenilənmiş sedan Cənubi Koreya şirkətinin son dizayn üslubunda olan radiator barmaqlıqlarına, şaquli içıqdioddan gündüz işıqlarına, daha nazik ön fənərlərə və dizaynı yenilənmiş arxa hissəyə sahib olmuşdur.
Qeyd etmək lazımdır ki, yenilənmiş sedan sələfinə nisbətən daha cazibədar görünür. Bundan başqa, avtomobil 17 və 18-düymlük yeni təkər diskləri ilə təklif ediləcəkdir. Sonata modelinin interyerində yeddi düymlük sensorlu ekranı olan, Apple CarPlay və Android Auto əlavələrini dəstıkləyən yenilənmiş multimedia sistemni və klimat-kontrolun yeni idarəetmə blokunu görmək mümkündür. Əlavə ödənişlə multimedia sisteminin 9,0-düymlük displeyini də sifariş etmək olar.
Bundan başqa, təchizat variantından asılı olaraq müxtəlif tərtibata malik olan yeni sükan çarxı da quraşdırılmışdır.
Yenilənmiş Hyundai Sonata modelinin təchizatına smartfonların naqilsiz doldurulması sistemi və çoxsaylı təhlükəsizlik sistemləri kompeksi daxil edilmişdir. Daxili bazarda Sonata 141 at qüvvəli 1,7-litrlik VGT, 180 at qüvvəli 1,6-litrlik T-GDI, həmçinin gücü 163 və 245 at qüvvəsi olan 2,0-litrlik mühərriklərlə təchiz ediləcəkdirş Ən güclü variant Hyundai Sonata Turbo adını alacaqdır. Yenilənmiş sedanın kütləvi təqdimat mərasimi aprel ayında keçiriləcək Nyu-York avtosalonunda keçiriləcəkdir.