Hyundai şirkəti Sonata sedanının yenilənmiş versiyasını təqdim edib. 2020 model ilinin avtomobili əvvəlkindən salonun təkmilləşdirilmiş səs izolyasiyası, təkmilləşdirilmiş 2,0-litrlik mühərriki və ötürmələr qutusunun başqa əməliyyatı alqoritmi ilə fərqlənir.
Səkkizinci nəsil Hyundai Sonata bir il bundan əvvəl debüt edib və mühəndislər sedanın yenilənməsi zamanı müştərilərin bəzi iradlarını nəzərə alıblar. 2020 model ilinin Sonata modelində qalınlaşdırılmış alın şüşəsi və digər moldinqlər quraşdırılıb. Bu dəyişikliklər səs izolyasiyasını yaxşılaşdıracaq və yüksək sürətlərdə akustik rahatlığı artıracaqdır.
Bundan əlavə, mühəndislər 2.0-litrlik benzin mühərrikini və 8-pilləli "avtomatı" yenidən tənzimləyiblər - yeni proqram təminatı transmissiyanın çevikliyini artıracaq və akselerator pedalına basılmasına reaksiyanı tezləndirəcəkdir.
Digər dəyişikliklər Koreya bazarı üçün nəzərdə tutulmuş təchizat səviyyələrinə aiddir: artıq sedanın baza versiyası 17-düymlük təkər diskllərinə və salonun daha zəngin tərtibatına malik olub. Nappa dərisi ilə üzlənmiş kreslolar orta təchizat səviyyələri üçün opsiya halına gəldib, top versiyanın avadanlıq siyahısına proyeksiya tipli LED optika daxil edilibdir.
294 at qüvvəli 2.5-litrlik turbomühərrik ilə təchiz edilmiş “qaynar” Hyundai Sonata N-Line modifikasiyasının təqdimatı isə bir ay müddətinə təxirə salınıb. Cənubi Koreyada yenilənmiş Hyundai Sonata modelinə sifarişlər artıq qəbul edilir: 2.0-litrlik benzin mühərriki ilə təchiz edilmiş baza versiyasının qoiyməti 20.26 milyon vondan (27.990 manat), eyni mühərrikə malik olan və qazala işləyən modifikasiyanın qiyməti 25.7 milyon vondan (25.500 manat) və nəhayət, hibrid sedanın qiyməti isə 27.54 ilə 35.79 milyon von (38.050 - 49.850 manat) arasında olacaqdır.
Zamanla, daxili bazar üçün nəzərə tutulmuş yenilənmələrin, "qlobal" sedanlarda da tətbiq ediləcəyi də istisna olunmur.
Mənbə: TheKoreanCarBlog