Hyundai Staria ailəsi genişlənir: miniven, furqon və məktəb avtobusuna avtokemper və VIP biznesveni qoşulub. Belə avtomobilləri artıq daxili bazarda sifariş etmək olar, lakin onların başqa ölkələrdə satışa çıxması ehtimalı çox azdır.

Hyundai Staria Lounge Camper 4

Hyundai Staria Lounge Camper kemperi iki versiyada təklif olunur. Başlanğıc Camper 11 təkərli evi, Koreya bazarı üçün standart sayılan, dörd oturacaq cərgəsi və 11 oturma yeri olan salona malikdir. Belə versiyanın başlıca xüsusiyyəti, poladdan hazırlanan qarxan damdır.

Bu "qapağın" altında 295 kiloqram yükə hesablanmış iki çarpayılıq meydança var. “İkinci mərtəbədə” yumşaq divarlar və LED lampaları da nəzərdə tutulub. Avtomobilin nəqliyyat konfiqurasiyasındakı ümumi hündürlüyü 2095 millimetrdir. Orijinal minivenin hündürlüyünün 1990 millimetr olduğunu xatırlatmaq istərdik.

Hyundai Staria Lounge Limousine

Daha qabaqcıl versiya Hyundai Staria Lounge Camper 4 adlanır və burada transformasiya olunan damdan əlavə, artıq tamölçülü yaşayış modulu var. Salonun arxa hissəsində dörd oturacaq var və üçüncü cərgəni arxaya “aşırıb”, ayaqlar avtomobildən asılmış vəziyyətdə baqaj bölümündə oturmaq olar.

Sol tərəfdə dolab, 36-litrlik soyuducu, qatlanan masa, əl-üz yuyan, 70-litrlik təmiz su çəni və 40-litrlik tullantı çəni olan məişət bloku var. Burada məişət rozetkaları, qabaqcıl LED işıqlandırması var. Tavanın altında 12,1-düymlük sensorlu ekran quraşdırılıb ki, bu displey vasitəsi ilə yaşayış bölməsinin bütün bort sistemlərini idarə etmək olar.

Hyundai Staria Lounge Limousine

Minivan Hyundai Staria Lounge Limousine ailədəki ən dəbdəbəli və ən zəngin versiyadır. Ön oturacaqların arxasında arakəsmə yoxdur, odur ki, avtomobili tamölçülü “limuzin” saymaq olmaz. Amma dam 210 millimetr (ümumi hündürlük - 2200 millimetr) qaldırılıb ki, bu da salonda dik dayanmağa imkan verir. Tavanda böyük plafon quraşdırılıb, havalandırma sisteminin əlavə hava kanalları var, salonun ön ucunda isə, USB və HDMI konnektoru olan 25-düymlük televizor quraşdırılıb.

Standart interyer dörd sıradan ibarətdir, lakin ikinci sıranın oturacaqları hərəkət istiqamətinin əksinə  çevirmək olar, adi Staria minivenində isə belə bir imkan yoxdur. Əlavə ödəniş qarşılığnda artırılmış rahatlığı oplan üçsıralı salonu sifariş etmək olar. Bu halda mərkəzdə qatlanan masaları, stəkan tutacaqları və USB-C bağlayıcıları olan boks yerləşir ki, onu da salon boyunca hərəkət etdirmək mümkündür. Hava ionizatoru nəzərdə tutulub, arxa qapıların altında irəli çıxan pillələr quraşdırılıb və Limousine daha rahat tənizmləmələri olan asqıya malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Koreyada həm kemperlər, həm də biznesvenlər yalnız 177 at qüvvəli 2,2-litrlik turbodizel və "avtomat" ilə təklif olunurlar. Ötürmə - ön oxa və ya tam ola bilər. Ən maraqlısı odur ki, "limuzin" üçün belə Staria miniveninin malik olduğu altısilindrli benzin mühərriki təklif edilmir. Başlanğıc Camper 11 modelinin qiyməti 40.000 dollardan, Limousine versiyasının - 47.000 dollardan, Camper 4 modelinin isə 55.000 dollardan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.