Hyundai şirkəti Staria minivenini bu ilin mart ayında nümayiş etdirib. Bu günlərdə Cənubi Koreya istehsalçısı minivenin yükdaşımalarda istifadə ediləcək versiyasını təqdim edib. Doğrudur, furqon hələlik yalnız Avstraliyada satılır. Furqonun qiyməti 50 min Avstraliya dollarından (61 min manat) başlayır.

Hyundai şirkəti furqonu Staria Load adlandırıb və yen furqon iLoad modelini əvəzləyəcəkdir. Furqonu həm ikiyerli, həm də beşyerli konfiqurasiyada, bir bütöv və ya iki taybatay açılan arxa qapı ilə sifariş etmək olar. Staria Load üçün iki kuzov rəngi təklif olunur - ağ və gümüşü.

Hyundai Staria Load modelinin kapotunun altında 177 at qüvvəsi və 431 Nm fırlanma anı hasil edən 2,2-litrlik dizel mühərriki yerləşir. Aqreqat səkkiz diapazonlu avtomatik transmissiya ilə tandemdə çalışır.

Xatırladaq ki, Staria miniveni 272 at qüvvəsi və 331 Nm fırlanm anı hasil edən 3,5-litrlik mühərrik ilə təklif edilir. Gələcəkdə minivenin elektrik və hidrogen hüceyrələri ilə çalışan versiyalarının buraxılacağı da istisna olunmur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avstraliyada satılan Staria Load modelinin əsas xüsusiyyəti 4.935 litrlik yük bölümüdür. Müqayisə üçün, təqaüdə yola salınan iLoad modeli 4.426 litrlik yük bölməsinə malik idi. Furqonun təchizatına yeddi təhlükəsizlk yastığı, elektrik əl əyləci, açarsız giriş sistemi, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən media sistemi və smartfonların simsiz doldurulması sistemi daxildir.

Hyundai şirkəti gələcəkdə Staria modelinin dəbdəbəli VIP-variantının, təcili yardım avtomobili və kemper versiyalarının buraxılacağını bildrib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.