Dördüncü nəsil Tucson krossoveri üç il əvvəl debüt edib və indi planlaşdırılmış restaylinqdən keçib. Ümumiyyətlə, yenilənmiş krossover Parametric Dynamics dizayn konsepsiyasını dəstəkləməyə davam edir, lakin detallar baxımından daha brutal olub və yeni interyeri əldə edib.
Tərtibatçıların sözlərinə görə, onlar Tucson modelini vizual olaraq daha iri etməyə çalışıblar. Quraşdırılmış gündüz hərəkət işıqları olan özünəməxsus radiator barmaqlığı saxlanılıb, lakin indi daha aqressiv dizayna malikdir. Ön bamper bucaqlı formaları əldə edib, onun aşağı hissəsində isə, gümüş plastikdən hazırlanmış “müdafiə” peyda olub.
Arxa və yan tərəflər də eyni üslubda dəyişdirilib: bamperin, qapı qapı kandarlarının və təkər tağlarının teksturası daha kobud olub, tutqun “ofroud” plastikindən elementlərin sayı da çoxaldılıb. Yeni təkər diskləri də təklif edilir. Kuzov rənglərinin palitrası iki yeni çalarla genişləndirilib: Matte Pine Green və Ultimate Red Metallic.
İnteryerdə baş vermiş dəyişikliklər daha çoxdur. Əslində, Tucson tamamilə yeni ön panelə sahib olub. Ən son dəbə uyğun olaraq, krossover özündə virtual cihazlar panelinin və multimedia sisteminin 12,3-düymlük ekranlarını birləşdirən əyri “panoram ekranı” əldə edib.
Sürprizsiz də ötüşməyib – interyerdəki fiziki idarəetmə elementlərinin sayı azalmaq əvəzinə artıb! Multimedia və iqlimə nəzarət sistemləri düymələr və tutacaqlarla təchiz olunub. Hyundai mütəxəssislərinin hesablamalarına görə, sensorlar və basmadüymələrin belə kombinasiyası “balanslaşdırılmış istifadə rahatlığını” təmin edir.
Mərkəzi tuneldə transmissiyanın selektoru artıq yoxdur. O, ən son dəbə uyğun olaraq, sükan sütununa keçirilib və şüşəsiləni idarə edən dəstəyin altında yerləşir.
Selektorun əvvəlki yerini simsiz doldurma platformaları və xırda əşyaların saxlanması üçün həcmli qutu tutub. Mərkəzi konsolun özü isə, artıq "süzən" tipdədir. Bundan əlavə, interyer yeni, üçrəngli tərtibat və genişləndirilmiş ətraf işıqlandırmasını alıb.
Texniki dəyişikliklər və qiymətlər haqqında ətraflı məlumat daha sonra açıqlanmalıdır. Yenilənmiş krossoverlər yaxın həftələrdə Cənubi Koreya bazarında satışa çıxmalıdırlar. Yenilənmiş krossoverin Avropa bazarındakı debütü 2024-cü ilin əvvəlinə planlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.