İspaniyanın Km77.com nəşri yeni nəsil Hyundai Tucson krossoverini “sığır test”indən keçirib. Avtomobillər üçün ən çətin sınaqlardan biri olan “sığır testi”, onların yüksək sürətlərdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu hərəkətləri konuslara toxunmadan həyata keçirməlidir.

Hyundai Tucson modeli bu sınaqlarda Renault Captur, Mazda CX-30, habelə Hyundai Kona Electric və Kia e-Niro elektrokarlarından zəif nəticə göstərib.

Sınaqlarda iştirak üçün, 230 at qüvvəli plug-in hybrid güc qurğusu, tam ötürmə sistemi və adaptiv amortizatorlar ilə təchiz edilmiş Tucson modeli götürülüb. Krossover ən yaxşı nəticəni 71 km/saat sürətində göstərib. Lakin sürücü bir qədər sürətlənən kimi, ön təkərlər asfalt səthi ilə təmasını itirib və Tucson modeli konusları vuraraq yıxıb.

Bu testlərdə əla göstərici, 77 km/saat sürətilə konuslara toxunmadan tapşırığı yerinə yetirmək sayılır. Orta göstərici isə, 74-75 km/saat hesab olunur. Məsələn, Avropa da satılan Renault Captur (Bizim bazarda satılan Kaptur ilə qarışdırılmamalıdır) “sığır testinin” öhdəsindən 75 km/saat sürətilə gəlib, Hyundai Kona Electric və Kia e-Niro elektrik krossoverləri isə, 74 km/saat sürətini qeydə alıblar. Mazda CX-30 krossoveri də eyni nəticəni göstərib.

Ən yaxşı nəticəni əldə edən krossoverlərdən biri Volkswagen Tiguan modeli olub. Alman modeli 77 km/saatlıq nəticəni göstərərək, uğurlu idarəetməni nümayiş etdirib. 2019-cu ilin Subaru Forester hibridi də eyni nəticəni göstərib.