Hyundai Motor və Kia aerodinamikanı təkmilləşdirən və yüksək sürətlərdə sabitliyi yaxşılaşdıran yeni Active Air Skirt (AAS) texnologiyasını işləyib hazırlayıblar. Bunlar, müasir avtomobillərdə tez-tez rast gəldiyimiz ön təkərlərin qarşısında quraşdırılan xüsusi qalxancıqlardır. Koreyalılar onları 80 km/saat sürətində işləməyə məcbur edən servoötürücü ilə təchiz ediblər.

Bu qapaqcıqlar avtomobilə təsir edən qaldırıcı qüvvəni azaldır, tağlar və təkərlərin ətrafındakı hava axını optimallaşdırır. Genesis GV60 krossoverində AAS texnologiyası aerodinamik müqavimət əmsalını 0,008 azaldıb, yürüş məsafəsini isə, altı kilometr artırıb. Hərəkət edən lövhələr E-GMP platformasının xüsusiyyətlərini nəzərə alır, ona görə də onlar yalnız təkərləri örtürlər. Krossoverin altlığının tamamilə yastı oduğu üçün, əlavə aerodinamik fəndlərə ehtiyac duyulmur.

Eyni zamanda, AAS kifayət qədər geniş diapazonda, o cümlədən 200 km/saatın üzərində sürətlərdə işləyə bilər. Buna, qoruyucu qalxancıqların aşağı hissəsində onları zədələnmədən qoruyan dözümlü rezin qarışığından istifadə sayəsində mümkün olub. İxtiranı qeydiyyatdan keçirmək üçün ərizələr artıq ABŞ və Cənubi Koreyanın patent idarələrinə verilib. Sınaqlar başa çatdıqdan sonra, AAS sisteminin seriya avtomobillərində quraşdırılmasına başlamaq planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.