Gələn ildən başlayaraq Hyundai Motor Group kütləvi şəkildə öz modellərini günəş panelləri ilə təchiz edəcəkdir. Bu panellərin köməyi ilə istehsalçı ekoloji göstəriciləri yaxşılaşdırılmasını təmin etmək niyyətidnədir.
Premium və lyuks avtomobillər istehsalçısları artıq günəş panellərini açılan şüşə lyuklara quraşdırırlar. “Havayı” elektrik enerjisi, avtomobil dayanacaqda durarkən, salonu havalandırmaq və soyutmağa sərf edilir. Kütləvi avtomobillər seqmentində belə panellərə nadir hallarda rast gəlmək olar.
Lakin, Hyundai Motor Group onları adiləşdirməyə söz verir: gələn ildən belə panellər Hyundai və Kia hibrid modellərinin təchizatına daxil ediləcəkdir. Sonradan belə panellər daxili yanacaq və elektrik mühərriki ilə təchiz edilmiş modellərdə də quraşdırılacaqdırlar. İstehsalçı elektrokarların bu panellərin daha mütərəqqi variantına sahib olacağını qeyd edib. Panellər elektrokarların tavanı ilə yanaşı kapotlarında da quraşdırılacaqdır.
Günəş panelləri koreyalılara ətraf mühitə tullanan zərərli tullantıların səviyyəsini azaltmağa imkan verəcəkdir. Cənubi Koreya da daxil olmaqla, bir sıra ölkələrdə ekoloji normaları sərtləşdirərək istehsalçıları insanı və ətraf mühiti zəhərləyən CO2, azot oksidini və başqa tullantıları azaltmaq üçün əlavə xərclər çəkməyə məcbur edirlər. Bəzi istehsalçılar öz avtomobillərini “yumşaq” hibridlərə çevirirlər. Hyundai isə, çıxış yolunu günəş batareyalarında görür.