Hyundai və Kia şirkətləri Çinli DeepSeek neyroşəbəkəsinin onların məlumatlarını oğurlayacağından qorxurlar. Hər iki şirkətin əməkdaşlarına, eləcə də Hyundai Motor Group konserninin digər bölmələrinə Çində getdikcə populyarlaşan dil modelindən istifadə etmək qadağan olunub. Üstəlik, məhdudiyyət yalnız iki brendrin Cənubi Koreyadakı baş ofislərinə deyil, həm də şirkətlərin xarici ofislərinə, həmçinin onların törəmə şirkətləri və filiallarına aiddir.

DeepSeek ChatGPT ilə rəqabət aparan Çin neyroşəbəkəsidir. Bazardakı digər dil modelləri ilə müqayisədə, DeepSeek istifadəçiləri demək olar ki, sorğuların sayı və mövzusu ilə bağlı heç bir məhdudiyyət qoymadan pulsuz giriş ilə təmin edir. Neyroşəbəkə ödənişli abunəni rəsmiləşdirmədən mətnlər yazır, sənədləri, proqramları təhlil edir və daha çox iş görür.

Hyundai Motor Group hesab edir ki, DeepSeek məxfi korporativ məlumatların sızmasına səbəb ola bilər və buna görə də məlumatların qorunmasına vahid yanaşma tətbiq edir. Bu, DeepSeek çatbotunun populyarlığının kəskin artması və Çin tərtibatçısının məlumatları şifrələnməmiş formada dərc etməsi ilə bağlı xəbərlərin fonunda baş verir. Wiz Research tədqiqatçıları DeepSeek istifadəçilərinin həssas məlumatlarını ehtiva edən bir milyondan çox qeyddən ibarət olan açıq verilənlər bazasını aşkar ediblər.

Çinli avtomobil istehsalçıları isə, əksinə, DeepSeek şəbəkəsindən nəinki qorxmurlar və hətta onu öz avtomobillərində tətbiq etməyi planlaşdırırlar. Artıq belə bir bəyənatla Dongfeng Motor çıxış edib. Mobil proqram Mengshi (M-Hero), Yipai (eπ), Fengshen (Aeolus) və Nano (Nammi) modellərində tətbiq olunacaq.

Yanvar ayında yeni R versiyasında olan DeepSeek bir sıra ölkələrdə yükləmə sayına görə birinci yeri tutub ki, bu da amerikan İT şirkətlərinin indekslərinin düşməsinə səbəb olub. Məsələn, Nvidia şirkətinin səhmləri bir gündə 17% ucuzlaşıblar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.